Elan

Dəyərli şahmat ictimaiyyəti!

Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə təşkil olunan “Chess Tour Azerbaijan” layihəsini sizlərə təqdim etməkdən məmnunluq duyuruq.

Bu layihəyə 9 yarış daxildir. Onlardan 7-i “açıq” tipli, 2-i isə yeniyetmələr arasında təşkil olunan yarışlardır. Yarışlar vahid mərkəzdə birləşməklə AŞF və müstəqil təşkilatçılar tərəfindən keçirilir. “Baku Open”, Vüqar Həşimovun xatirəsinə həsr olunmuş uşaq yarışı və U16 Respublika Şahmat Olimpiadası ənənəvi yarışlardır. Bu ildən etibarən 6 yeni “açıq” tipli yarışlar da əlavə olunmaqla bu layihə təşkil olunub. Yarışlar paytaxt Bakı da daxil olmaqla əsasən ölkənin turizm şəhərlərdə təşkil olunur.

More Articles & Posts