Elan

Dəyərli şahmat ictimaiyyəti!

Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə təşkil olunan “Chess Tour Azerbaijan” layihəsini sizlərə təqdim etməkdən məmnunluq duyuruq.

Bu layihəyə 8 "open" yarış daxildir. Yarışlar AŞF və müstəqil təşkilatçılar tərəfindən vahid mərkəzdə birləşərək keçirilir. Ənənəvi “Baku Open” və bu ildən başlayaraq 6 yeni "open" turnir bu layihəyə əlavə edilib. “Vüqar Həşimov Memorialı – Uşaqlar” yarışının formatı dəyişdirilərək “Vüqar Həşimov Open”ə çevrilib. Yarışlar əsasən ölkənin turizm şəhərlərində, o cümlədən paytaxt Bakıda təşkil olunur.